Lerikdə 23 yaşlı oğlan suda boğulub

Lerikdə 23 yaşlı oğlan suda boğulub
  26 İyun 2019    Oxunub:2770
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Lənkəran çayının Lerik rayonu ərazisindən keçən hissəsində 1996-cı il təvəllüdlü Mehrəliyev Cavid Sakit oğlunun batması barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qrupu C.Mehrəliyevin meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: Su   Boğulma   FHN  





Xəbər lenti