25 yaşlı qız Kür çayında batıb

  25 İyun 2019    Oxunub : 1142
25 yaşlı qız Kür çayında batıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 1994-cü il təvəllüdlü Babayeva Fidan Məmmədağa qızının batması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qrupu F.Babayevanın meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Kür