Tovuz və Qəbələdə taxıl sahəsi yanıb

  25 İyun 2019    Oxunub : 1246
Tovuz və Qəbələdə taxıl sahəsi yanıb
Tovuz və Qəbələ rayonlarında yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Tovuzun Qovlar şəhərində 4 ha biçilməmiş taxıl sahəsi yanıb. Əkin sahələrinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qəbələdə Tüntül kəndində 3 ha biçilməmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri və meşə zolağı yanğından mühafizə olunub.

Azvision.az

Teqlər: FHN   Yanğın