KİV nümayəndələri üçün seminar keçirilib

KİV nümayəndələri üçün seminar keçirilib
  25 İyun 2019    Oxunub:2676
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP), İcbari Sığorta Bürosunun (İSB) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə təşkilatçılığı ilə bu gün KİV nümayəndələri üçün sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib.
Azvision.az xəbər verir ki, dialoq formasında keçirilən təlimdə iştirakçılar sığortanın mahiyyəti, növləri, sığorta riskləri, təkrarsığorta, bazardakı mövcud durum və gələcək layihələr barədə məlumat əldə ediblər.

Təlimdə İSB-nin icraçı direktoru Rəşad Əhmədov və MBNP-nın Sığorta fəaliyyətinə nəzarət departamentinin rəsmisi Firdovsi Ağaşirinov geniş təqdimatla çıxış ediblər.

Təlimdən sonra KİV nümayəndələrinin sığorta şirkətinə ekskursiyası təşkil olunmuşdur. Ekskursiya çərçivəsində sığorta mexanizminin təcrübədə həyata keçirilməsi, o cümlədən satış mexanizmi, iddiaların tənzimlənməsi, anderraytinq və təkrarsığorta və müştəri məmnuniyyətinin qiymətləndirilməsi ilə bağlı məlumatlar təqdim edilib.

Azvision.az



Teqlər: KİV   Təlim  





Xəbər lenti