Ağaca çırpılan mikroavtobus yandı - Yaralı var

  24 İyun 2019    Oxunub : 968
Ağaca çırpılan mikroavtobus yandı - Yaralı var
Qax rayonunun Şotavar kəndində “Mercedes” markalı mikroavtobus yol kənarındakı ağaca çırpılıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, nəticədə mikroavtobusun yanar hissələri və yaxınlıqda 1 ədəd ağac yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Qəza   Qax