Mehdiabad yolunda qəza: 3 nəfər xəsarət alıb

  24 İyun 2019    Oxunub : 969
Mehdiabad yolunda qəza: 3 nəfər xəsarət alıb
Abşeron rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Azvision.az -ın məlumatına görə, hadisə Mehdiabad yolunda "Gənclər Şəhərci"yinin yanında qeydə alınıb.

Qəzada xəsarət alan 34 yaşlı Əliyev Elvin sol diz oynağının, 62 yaşlı Allahverdiyev Təhmasib alt dodağın kəsilmiş yarası və 27 yaşlı İdris Kərimov qapalı kəllə beyin və gözün travması diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə gətiriliblər.

Hazırda xəsarət alan şəxslərin həkimlər tərəfindən müaiynə və müalicəsi davam etdirilir.

Azvision.az

Teqlər: Qəza