Dövlət qulluqçularının nəzərinə!

Dövlət qulluqçularının nəzərinə!
  24 İyun 2019    Oxunub:1945
Dövlət qulluqçuları Mənzil İnşaatı Dövlət Agentliyi ilə yanaşı, Azərbaycana Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna da təqdim edilməsi məqsədilə dövlət qulluğunda qulluq stajı barədə arayışın əldə edilməsi üçün Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi səhifəsində şəxsi kabinet yaratmalı və “Elektron xidmətlər” bölməsinə daxil olaraq elektron müraciət etməlidirlər.
DİM-dən Azvision.az -a verilən məlumata görə, dövlət qulluqçusu əmək kitabçasındakı əmək fəaliyyətini əks etdirən səhifələrin dövlət orqanı tərəfindən təsdiq edilmiş surətlərini skan edərək sistemə yükləməli və “Müraciəti qeydə al” düyməsini sıxmalıdır. Mərkəz tərəfindən qeydə alınan müraciətlə bağlı cari vəziyyəti şəxsi kabinetdən izləmək mümkündür.

Azvision.az



Teqlər: DİM   Dövlət-Qulluğu  





Xəbər lenti