Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat başlayır

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyat başlayır
  24 İyun 2019    Oxunub:2034
V qrupa aid “Musiqi sənəti” ixtisası üzrə elektron qeydiyyatdan keçə bilməyən abituriyentlər, musiqi ixtisası haqqında təhsil sənədlərinin məlumatları “Musiqi məktəbi-məzun” sisteminə təhsil müəssisəsi tərəfindən daxil edildikdən sonra elektron qeydiyyatdan keçə biləcəklər.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a bildirilib ki, məlumatları “Musiqi məktəbi-məzun” sistemində olmadığı üçün elektron qeydiyyatdan keçə bilməyən abituriyentlər bitirdikləri təhsil müəssisəsinə müraciət etməlidirlər.

Qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat 3 iyul 2019-cu il tarixinədək davam edəcək.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin reyestrində qeydiyyatda olmayan təhsil müəssisələrini bitirən abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyatdan keçə bilməzlər.

Azvision.az



Teqlər: DİM   Qeydiyyat   İxtisas  





Xəbər lenti