Bu, artıq kino deyil... - VİDEO
“Aslan kral” tamamilə virtual reallıqda yaradılıb. Fİlmdə bir dənə də olsun, kamera ilə çəkilmiş kadr yoxdur. Rejissor Con Favro etiraf edib ki, bu, gələcəyin kinosudur, daha doğrusu, artıq bildiyimiz mənada kino deyil: “Bu cür filmlərə yeni ad tapmaq lazımdır”.
Xatırladaq ki, aktyorların oyununun real vaxt rejimində virtual mühitə ötürülməsini təmin edən “motion capture” texnologiyası 10 il qabaq Ceyms Kameronun “Avatar” filmində tətbiq olunub, sonra “Ready Player One” və “Solo: A Star Wars Story” filmlərində təkmilləşdirilib. Hazırda “Avatar”ın ikinci hissəsinin üstündə işləyən Ceyms Kameron texnologiyanı daha da təkmilləşdirdiklərini bəyan edib.
Azvision.az
Teqlər: Kino Disney Aslan-Kral