Kənd məktəbləri bir çox fənlər üzrə Bakını qabaqlayır

Kənd məktəbləri bir çox fənlər üzrə Bakını qabaqlayır
  21 İyun 2019    Oxunub:4957
Ölkənin ayrı-ayrı bölgələrini təmsil edən abituriyentlərin imtahan fənləri üzrə cavablarının təhlili göstərir ki, fənlər üzrə ən yüksək nəticə, əsasən, birbaşa Təhsil Nazirliyinin tabeliyində olan liseylərə və özəl liseylərə məxsusdur.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib. Bildirilib ki, fənlər üzrə şəhər və rayon təhsil şöbələrinin göstəricilərinin təhlilindən aydın olur ki, kəndlərin bir çoxu fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayır.

“Belə rayonlara misal olaraq Qax, Şəki, Oğuz, Qəbələ, Salyan, Ordubad və İsmayıllı rayonlarını göstərmək olar. Bunun obyektiv səbəblərindən biri kimi qəbul imtahanlarında bu şəhərlərin məzunlarının daha çox hissəsinin, rayonların isə yalnız hazırlıqlı məzunlarının iştirak etməsini göstərmək olar. Məsələn, bu il Bakı şəhəri üzrə məzunların 88.57%-i, Sumqayıt şəhəri üzrə 90.45%-i qəbul imtahanlarında iştirak edib. Yüksək göstəricili rayonlar üzrə isə məzunların ən yaxşı halda 57–74%-i ali təhsil müəssisələrinə sənəd verib.

Cari ildə ölkənin 3222 məktəbinin məzunları I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edib. 600 bal toplayan məzunlar bu məktəblərin yalnız 35.72%-nin təmsilçiləridir. Sayı 1151 olan bu məktəblərin 103-ü (8.95%-i) liseylər və gimnaziyalardır ki, 600 ballıların da 27.95%-i onların məzunlarıdır. Kənd rayonlarının məktəbləri arasında fərqlənən məktəblər kimi bu il Şəmkir rayonu Düyərli kənd 1 saylı, Tovuz rayonu Alakol kənd, Şəki rayonu Baş Zəyzid kənd və Culfa rayonu Yaycı kənd 1 saylıtam orta məktəblərini göstərmək olar”

Aytən Zəhra
Azvision.az



Teqlər: DİM   Məktəb  





Xəbər lenti