Xaçmazda “Napoleon” 4 manatadır - FOTOREPORTAJ

  21 İyun 2019    Oxunub : 6763
Xaçmazda “Napoleon” 4 manatadır - FOTOREPORTAJ
Son günlər mövsümü meyvələrin qiymətinin baha olduğu bildirilir. Sakinlərin dediyinə görə, Bakı bazarlarında gilasın bir kiloqramı 5-9 manat arasında dəyişir. Paytaxtdan fərqli olaraq bölgələrdə qiymətlər ucuzdur. Məsələn, Bakıda 8-9 manata satılan gilas Xaçmazda 2-4 manata alıcılara təklif olunur.
Hazırda rayonlarda gilas yığımı aparılır. Sakinlər məhsullarını yerli bazarlarla yanaşı, daha çox Rusiya bazarlarına çıxarmağa can atırlar.

Qeyd edək ki, Xaçmaz rayonunda gilasın “Krım”, “Romanovka”, “Öküzürəyi”, “Napoleon” və başqa növləri yetişdirilir.

Azvision.az-ın Xaçmazda gilas yığımından hazırladığı fotoreportajı təqdim edirik:




























FOTO: Şahin Sərdarov
Azvision.az

Teqlər: Gilas   Xaçmaz   Mövsüm   Qiymət