Qadını ölümlə hədələyən şəxsdən tüfəng götürüldü

Qadını ölümlə hədələyən şəxsdən tüfəng götürüldü
  20 İyun 2019    Oxunub:1615
İyunun 19-da Ağsu RPŞ-yə müraciət edən Ağabəyli kənd sakini olan qadın həmkəndlisi R.Yolçuyevin onu tüfənglə öldürəcəyi ilə hədələdiyini bildirib.
DİN-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Ağsu RPŞ-nin əməkdaşları tərəfindən R.Yolçuyevin evinə baxış keçirilib, bu zaman müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti