Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1,5 milyaddan çoxdur

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1,5 milyaddan çoxdur
  20 İyun 2019    Oxunub:1613
Mayın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13 milyard 11,4 milyon manat təşkil edib.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ümumi kredit portfelinin 10 milyard 405,8 milyon manatı və ya 80 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 503,8 milyon manat olub və ümumi kredit portfelinin 11,56 faizini təşkil edib.

Azvision.az



Teqlər: Kredit   Bank  





Xəbər lenti