Keçmiş məhkum 3 kq heroinlə tutuldu

Keçmiş məhkum 3 kq heroinlə tutuldu
  20 İyun 2019    Oxunub:1392
Cəlilabadda külli miqdarda narkotik maddə aşkarlanıb.
DİN-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdlər kənd sakini, əvvəllər məhkum olunan M.Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin salonuna baxış zamanı 3 kiloqram 150 qram heroin aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: Heroin   DİN  





Xəbər lenti