Karateçilərimiz 18 medalla qayıtdı

Karateçilərimiz 18 medalla qayıtdı
  28 Noyabr 2013    Oxunub:1374
Azərbaycan karateçiləri dünya çempionatında 18 medal qazanıblar
Azərbaycan karateçiləri İtaliyanın Berqamo şəhərində keçirilən dünya çempionatında möhtəşəm qələbə qazanıblar. WKC növlərində yarışan idmançılarımız Vətənə 18 medalla qayıdıblar.

AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu gün Vətənə qayıdan idmançıları yaxınları və idman ictimaiyyətinin nümayəndələri qarşılayıblar. WKC növləri üzrə Azərbaycan Karate-Do Federasiyasının prezidenti Nürəddin Quliyev nəticələrdən razı qalıb.

Döyüşçülər nəticənin heç də asan əldə olunmadığını və yarışın çox ciddi təşkil edildiyini deyiblər.

Komandanın tərkibində İtaliyaya yollanan xanımlarımız da əliboş dönməyib - 2 qızıl medal.

Qeyd edək ki, Azərbaycan yarışda 19 karateçi və 1 hakimlə təmsil olunub.


Teqlər:





Xəbər lenti