Azərbaycandan Yaponiyaya getmək rahat olacaq

  20 İyun 2019    Oxunub : 1234
 Azərbaycandan Yaponiyaya getmək rahat olacaq
“Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 26 illik tarixi var və bu müddət ərzində ikitərəfli münasibətlər dostcasına inkişaf edib”

Azvision.az xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori deyib. Diplomat bildirib ki, iki ölkə arasında enerji sahəsində əlaqələr daha çox inkişaf edib, digər sahələrdə də əməkdaşlıq genişlənməkdədir.
Səfirin sözlərinə görə, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı işlər aparılır. Belə ki, həm Azərbaycandan Yaponiyaya gedənlərin, həm də Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artmaqdadır.

"Yaponiya ilə Azərbaycan arasında vətəndaşlar üçün vizanın sadələşdirilməsi istiqamətində işlər aparılır", - deyə səfir qeyd edib.

Azvision.az

Teqlər: Səfir   Yaponiya   Viza