Cəlilabadda ağır qəza : Ana öldü, övladı yaralandı

  Cəlilabadda ağır qəza   : Ana öldü, övladı yaralandı
  19 İyun 2019    Oxunub:2041
İyunun 18-də saat 16 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Cəlilabad rayon sakini Elçin İsgəndərov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə avtomobildəki sərnişinlərdən sürücünün bacısı Gülnar hadisə yerində ölüb, digər sərnişini, azyaşlı G.İsmayılova xəstəxanaya yerləşdirilib. Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti