Bakı sakini qaçırdığı maşınla tutuldu

  19 İyun 2019    Oxunub : 717
Bakı sakini qaçırdığı maşınla tutuldu
İyunun 18-nə keçən gecə Nərimanov rayonu A.Nemətulla küçəsindən Bakı şəhər sakini N.Şirəliyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Nərimanov RPİ 17-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunan N.Ağamuradov həmin gün saat 15 radələrində Abşeron rayonu ərazisində avtomobillə birgə saxlanılıb. Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Oğurluq