8 tondan çox çətənə məhv edilib

8 tondan çox çətənə məhv edilib
  19 İyun 2019    Oxunub:1684
Qax RPŞ və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Cəlayir kəndi ərazisində yabanı halda bitən, çəkisi 215 kiloqramdan artıq olan 1536 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən Nic qəsəbəsi ərazisində yabanı halda bitən, çəkisi 2,3 ton olan 5700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lerik RPŞ-nin əməkdaşları tərəfindən Orand kəndi ərazisində yabanı halda bitən, çəkisi 5,7 ton olan 11790 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti