Abşeron və Sumqayıtda simsiz LTE şəbəkəsi qurulur

Abşeron və Sumqayıtda simsiz LTE şəbəkəsi qurulur
  19 İyun 2019    Oxunub:3209
“Aztelekom” dövlət rabitə operatoru Abşeron və Sumqayıt Telekommunikasiya qovşaqlarının xidmət ərazisində LTE (“Long-Term Evolution”) şəbəkəsini qurur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, LTE texnologiyasının tətbiqi telefonlaşmayan, eyni zamanda qismən telefonlaşan ərazilərdə stasionar telefon rabitəsinə və internetə olan tələbatı nəzərə alaraq icra olunur.

LTE baza stansiyalarının artıq müvafiq ərazilərdə tikintisinə başlanıb və yaxın günlərdə əhalinin istifadəsinə verilməsi planlaşdırılır. İlkin olaraq Abşeron TKQ-nin ərazisində 13 yerdə (Aşağı Güzdək, Qobu, Ceyranbatan, Masazır, Saray, Xocasən qəsəbələri, Xırdalan şəhəri Kombinat adlanan ərazi, Qurtuluş 93 və Yeni Novxanı yaşayış massivləri, Digah, Fatmayı, Məhəmmədi, Novxanı kəndləri) 35 baza stansiyası və Sumqayıt TKQ-nin xidmət ərazisində 4 yerdə (Yaşıl dərə və Qurd dərəsi yaşayış massivləri, Corat və H. Z. Tağıyev qəsəbələri) 9 baza stansiyasının quraşdırılmasına başlanıb. Tikinti quraşdırma işləri başa çatdırıldıqdan sonra təqribən 3 minə yaxın abunəçi internet və telefon xidməti ilə təmin ediləcək.

Azvision.az



Teqlər: NRYTN  





Xəbər lenti