Təhsil naziri: “Nəticələr ildən-ilə yaxşılaşır”

     Təhsil naziri:    “Nəticələr ildən-ilə yaxşılaşır”
  19 İyun 2019    Oxunub:3316
"Bu ildən olimpiada nəticələri məktəblərin reytinq ballarının hesablanmasında nəzərə alınacaq. Bu da məktəblərin və müəssisə rəhbərlərinin rəğbətləndirilməsi üçün əsasdır"
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Nazir qeyd edib ki, Azərbaycanın bütün bölgələrində olimpiadalara hazırlıq təhsil müəssisələri və yerli təhsili idarəetmə orqanları üçün prioritet olmalıdır.

"Beynəlxalq olimpiadalarda nəticələr ildən-ilə yaxşılaşır və qısa müddətdə mühüm nailiyyətlər əldə edilib. Beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq fənlər üzrə müsabiqədənkənar ödənişsiz əsasda ali təhsil müəssisələrinə qəbul imkanı əldə etməsi olimpiadalar sahəsində islahatların əsas göstəricisidir".

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti