Məmmədov həmkəndlisini ayağından güllələdi

Məmmədov həmkəndlisini ayağından güllələdi
  19 İyun 2019    Oxunub:1458
İyunun 19-da Neftçala rayonunun Astanlı kəndi ərazisində kənd sakini M.Məmmədovun münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Ş.Fərzəliyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Ş.Fərzəliyev xəstəxanaya yerləşdirilib. Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb, ondan cinayəti törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Silah  





Xəbər lenti