Neftin qiyməti bahalaşıb

  19 İyun 2019    Oxunub : 944
Neftin qiyməti bahalaşıb
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar artaraq 62,26 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,13 dollar bahalaşaraq 54,02 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,76 dollar artaraq 64,11 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft