Narkotacirdən 4 kq marixuana götürülüb

Narkotacirdən 4 kq marixuana götürülüb
  19 İyun 2019    Oxunub:1762
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Lahıc kənd sakini, 37 yaşlı Ramin Abdurahmanov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı onun üzərindən 10 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb.

Keçirilmiş tədbirlərin davamı olaraq R. Abdurahmanovun yaşadığı evə də polis əməkdaşları tərəfindən baxış keçirilib. Evin zirzəmisindən 3 kq 745 qr və Lahıc kəndindəki çöllük ərazidə gizlətdiyi 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Narkoitk  





Xəbər lenti