Sumqayıtda yanğın: 5 nəfər təxliyə edilib

Sumqayıtda yanğın: 5 nəfər təxliyə edilib
  19 İyun 2019    Oxunub:1590
Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində liftin yanar hissələri yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Şaxtadan keçən elektrik kabelləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: Yanğın   Sumqayıt  





Xəbər lenti