28 yaşlı oğlanın meyitini xəstəxanada atıb qaçdılar

  18 İyun 2019    Oxunub : 1279
28 yaşlı oğlanın meyitini xəstəxanada atıb qaçdılar
Gəncə şəhərində 1991-ci il təvəllüdlü Teymurov Tural Şakir oğlu ona məxsus “VAZ 2107” markalı avtomobildə huşsuz vəziyyətdə yoldaşları tərəfindən Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, Teymurov Gəncə Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinin həkimi tərəfindən müayinə edilib.

Həkim xəstəyə baxdıqda gəncin öldüyünü bildirib. Bu zaman gənci gətirən naməlum şəxslər hadisə yerindən qaçıblar. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Məlumatıa görə, T.Teymurovun narkotik aludəçisi olduğu bildirilir. Elə onun bu səbəbdən öldüyü deyilir.

Faktla bağlı araşdırna aparılır.

Azvision.az

Teqlər: Gəncə   Ölüm   Xəstəxana