Cinayətkar dəstənin daha bir üzvü tutuldu

Cinayətkar dəstənin daha bir üzvü tutuldu
  18 İyun 2019    Oxunub:1629
Paytaxtın Nizami rayonu ərazisində evdən quldurluq etmiş dəstənin digər üzvü polis əməkdaşları tərəfindən yaxalanıb.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 27-də rayon ərazisindəki evlərdən birinə aldatma yolu ilə girib ev sahibəsinin ağzını, əl və ayaqlarını yapışqanlı lentlə bağlayaraq oradan 800 manat və mobil telefonu quldurluq yolu ilə aparmaqda şübhəli bilinən qrupun digər üzvü - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Pirəliyev saxlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti