3 Hindistan vətəndaşının Bakıda faciəvi ölümü

  18 İyun 2019    Oxunub : 902
3 Hindistan vətəndaşının Bakıda faciəvi ölümü
İyunun 17-də saat 17 radələrində Bakı-Qazax yolunun 22-ci km-də Qaradağ rayonu ərazisində Bakı şəhər sakini H.Mirzəyev idarə etdiyi “Toyota Prado” markalı avtomobili qarşıda gedən paytaxt sakini Mehman Ağayevin idarə etdiyi “Ford” markalı mikroavtobusa vurub və zərbədən “Ford” markalı avtomobil yol ayırıcısına çırpılaraq aşıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə mikroavtobusdakı sərnişinlərdən Hindistan vətəndaşları - Jayachandran Prasad, Madhavan Muthukumar və Maruthamuthu Gopal hadisə yerində ölüb, Banqladeş vətəndaşları Ruhula Amin, Allan Zahangir, Muhammel Arşad, habelə “Toyota Prado”dakı sərnişin, Bakı şəhər sakini Q.İbrahimova xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza