Lənkəran çayından meyit tapılıb

Lənkəran çayından meyit tapılıb
  17 İyun 2019    Oxunub:2145
Lənkəran rayonun Sütəmurdov kəndində Lənkəran çayında 1 nəfər naməlum şəxsin meyiti tapılıb
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərinin Sütəmurdov kəndində 1 nəfərin meyitinin (şəxsiyyəti dəqiqləşdirilir) Lənkəran çayından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Lənkəran  





Xəbər lenti