“Pəncə hərəkatı” - 51 terrorçu zərərsizləşdirilib

      “Pəncə hərəkatı”    - 51 terrorçu zərərsizləşdirilib
  15 İyun 2019    Oxunub:2368
İraqın şimalında həyata keçirilən “Pəncə hərəkatı” ilə bağlı yeni statistik məlumatlar açıqlanıb.
Azvision.az Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, əməliyyat çərçivəsində indiyədək 51 terrorçu zərərsizləşdirilib.

Hazırda əməliyyatların uğurla davam etdirildiyi bildirilib.

Qeyd edək ki, İraqın şimalında 27 may 2019-cu il tarixindən etibarən “Pəncə hərəkatı”na başlanılıb. Məqsəd bölgədə terrorun kökünü kəsməkdir.

Azvision.az



Teqlər: Türkiyə   PKK   Terror  





Xəbər lenti