Elçibəyin həyat yoldaşı dəfn olunub

Elçibəyin həyat yoldaşı dəfn olunub
  15 İyun 2019    Oxunub:3578
Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva dəfn olunub.
Azvision.az -ın məlumatına görə, mərhumun cənazəsi Ordubad rayonunun Kələki kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Həlimə Əliyeva iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib. Yas mərasimi ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Azvision.az



Teqlər: Elçibəy   Həlimə-Əliyeva  





Xəbər lenti