Evdən oğurluq edən dəstə tutuldu - FOTOLAR

  15 İyun 2019    Oxunub : 1016
Evdən oğurluq edən dəstə tutuldu - FOTOLAR
Gəncə şəhəri ərazisindəki evlərin birindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşləri Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 6-da Gəncə şəhəri ərazisindəki evlərin birindən 2000 ABŞ dolları, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar M.Tağıyev, X.Qarayev və M.Həsənov saxlanılıb.





Azvision.az

Teqlər: DİN   Oğurluq