Gəncədə “silahsız özünümüdafiə” üzrə yarış keçirilib

Gəncədə “silahsız özünümüdafiə” üzrə yarış keçirilib
  15 İyun 2019    Oxunub:1924
Gəncədə DİN-in İdman Cəmiyyətinin təşkilatçılığı ilə silahsız özünümüdafiə üzrə daxili işlər orqanlarının əməkdaşları arasında yarış keçirilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Yarışda müxtəlif şəhər və rayonlardan 19 komandanı təmsil edən 60 idmançı gücünü sınayıb. Qaliblər DİN-in qiymətli hədiyyələri və fəxri fərmanları ilə təltif olunublar.

Mükafatlandırma mərasimində çıxış edən DİN-in İdman Cəmiyyətinin idmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov bildirib ki, daxili işlər orqanlarında idmanın inkişafına xüsusi diqqət yetirilir. “Cinayətkarlıqla mübarizə, asayişin, sabitliyin qorunması, xidməti vəzifələrin layiqincə icra olunması polis əməkdaşlarından güc, dözüm, çeviklik tələb ölkəmizdə idmana yaradılan şərait bütün gənclərimizin, daxili işlər orqanları əməkdaşlarının yüksək nəticələr əldə etməsi üçün geniş imkanlar açır. ”

Qeyd edək ki, turnir respublikanın digər regionlarında da davam etdirilir.

Azvision.az



Teqlər: Gəncə   DİN  





Xəbər lenti