Azərbaycan qaz və neft ixracını artırıb

Azərbaycan qaz və neft ixracını artırıb
  15 İyun 2019    Oxunub:1730
Cari ilin yanvar-may ayları ərzində Azərbaycan 14 058,382 min ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.
Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 6 721,58 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövründən 19,3%, dəyəri isə 13,5% çox olub.

Eyni zamanda 2019-cu ilin 5 ayı ərzində Azərbaycan 4 903,337 mln. kubmetr həcmində təbii qaz ixrac edib. İxrac olunan təbii qazın həcmi ötən ilin müvafiq dövründən 78,8%, dəyəri isə 74,7% çox olub.

Azvision.az



Teqlər: Neft   Qaz  





Xəbər lenti