Bakıda 20 yaşlı gənc ürəyindən bıçaqlandı

 Bakıda 20 yaşlı gənc ürəyindən bıçaqlandı
  15 İyun 2019    Oxunub:4550
Gecə saatlarında Bakıda 20 yaşlı gənc ürək nahiyəsindən bıçaqlanaraq öldürülüb.

Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93 ünvanında qeydə alınıb.
Bildirilib ki, təcili yardım həkimləri ünvana gələn zaman yaralının vəziyyəti çox ağır olub və yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: Səhiyyə   Bıçaqlanma  





Xəbər lenti