Təcili yardım maşını qəzaya düşüb, yaralılar var

 Təcili yardım maşını qəzaya düşüb,  yaralılar var
  15 İyun 2019    Oxunub:2935
Paytaxtın Heydər Əliyev prospektində ağır yol qəzası baş verib.

Azvision.az xəbər verir ki, “Bağırov körpüsü”nün yaxınlığında təcili tibbi yardım maşını hərəkətdə olan "Mercedes" markalı avtomobillə toqquşub. Daha sonra nəqliyyat vasitələri digər maşınlara çırpılıb.
Qəza nəticəsində 5 avtomobilə ziyan dəyib, bir neçə nəfər xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərilib. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Qəza   Təcili-Yardım   Maşın  





Xəbər lenti