Əsas kapitala yönəldilən vəsait məlum oldu

Əsas kapitala yönəldilən vəsait məlum oldu
  14 İyun 2019    Oxunub:1627
2019-cu ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5038,7 milyon manat vəsait yönəldilib, sərf edilən vəsaitin 68,4 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, ümumi sərmayənin 64,4 faizi məhsul istehsalı obyektlərinin, 26,9 faizi xidmət sahələri üzrə obyektlərin, 8,7 faizi isə ümumi sahəsi 771,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsait ümumi sərmayənin 72,8 faizini təşkil edib.

Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 58,1 faiz, büdcə vəsaitləri 27,3 faiz, bank kreditləri 6,7 faiz, əhalinin şəxsi vəsaitləri 6,2 faiz, büdcədənkənar fondların vəsaitləri 1,3 faiz, sair vəsaitlər isə 0,4 faiz təşkil edib.

Azvision.az



Teqlər: DSK   Kapital  





Xəbər lenti