Samur çayı ilə bağlı protokol imzalanıb - FOTOLAR

  14 İyun 2019    Oxunub : 1018
Samur çayı ilə bağlı protokol imzalanıb - FOTOLAR
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” 2010-cu il sentyabrın 3-də imzalanan Sazişə əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının XVI iclası keçirilib.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətidən Azvision.az -a verilən məlumata görə, iclas Bakı şəhərində təşkil olunub. Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin, Azərbaycan Respublikası Xarici İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.



Görüş zamanı Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi, ekoloji axınların təmin olunması, məlumat mübadıləsi və digər məsələrər müzakırə edilib, növbəti görüşə kimi görüləcək tədbirlər müəyyənləşdirilib. İclasın yekunu üzrə ikitərəfli protokol imzalanıb. Qeyd edək ki, sazişə əsasən komissiyanın iclası ildə iki dəfə, hər dəfə bir ölkənin ərazisində keçirilir.



Azvision.az

Teqlər: Samux   Çay   Azərbaycan   Rusiya