Əhali 5 ayda ərzağa 7,2 milyard manat xərcləyib

 Əhali 5 ayda ərzağa 7,2 milyard manat xərcləyib
  14 İyun 2019    Oxunub:2836
2019-cu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,8 faiz üstələyərək 14,3 milyard manata bərabər olub.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 7,2 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,1 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-may aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,4 faiz və 3,1 faiz artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 290,1 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 10,4 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 144,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.


Azvision.az


Teqlər: Ərzaq   Ticarət  





Xəbər lenti