Məmmədyarovla Mnatsakanyanın görüş vaxtı bilindi

   Məmmədyarovla Mnatsakanyanın görüş vaxtı bilindi
  14 İyun 2019    Oxunub:1884
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında növbəti görüş Vaşinqton şəhərində baş tutacaq.
Azərbaycan XİN-in Mətbuat xidməti idarəsindən Azvision.az -a verilən məlumata görə, görüş cari ilin 20 iyun tarixində baş tutacaq. Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək.

Azvision.az


Teqlər: XİN  





Xəbər lenti