Bakıda ağır qəza: 3 qadın yaralanıb

  14 İyun 2019    Oxunub : 687
 Bakıda ağır qəza: 3 qadın yaralanıb
Bakının Yasamal rayonu ərazisində üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Səhiyyə Nazirliyndən Azvision.az -a verilən məlumata görə, qəza Bakı Dairəvi yolununda, Badamdardakı maşın bazarının yaxınlığında qeydə alınıb. Qəza nəticəsində 3 qadın xəsarət alıb. Yaralılar hadisə yerinə cəlb edilən təcili tibbi yardım avtomobillərilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Onlardan ikisinə qapalı kəllə beyin travması, digərinə başın yumşaq toxumalarının əziyi diaqnozu qoyulub. Hazırda müayinələri davam edir.

Azvision.az

Teqlər: Qəza   Səhiyyə