Özəl İnvestisiya Fondu yaradılır

  13 İyun 2019    Oxunub : 1196
 Özəl İnvestisiya Fondu yaradılır
Bu ilin sonuna qədər İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən kiçik və orta bizneslə bağlı Özəl İnvestisiya Fondunun fəaliyyətə başlayacağı gözlənilir.
Azvision.az xəbər verir ki, bunu Avropa İttifaqı - Azərbaycan Biznes Forumunda çıxışı zamanı KOBİA-nın İdarə Heyətinin sədr müavini Mehman Abbas bildirib. Onun sözlərinə görə, Özəl İnvestisiya Fondu yeni mexanizmlərin formalaşdırılmasına gətirib çıxaracaq:

“Fondda xarici şirkətlərin, eləcə sə müxtəlif fondların iştirakı, dəstəyi arzu olunandır".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Fond   KOBİA