Avropa ölkələrinin Azərbaycanda 1600 şirkəti var

Avropa ölkələrinin Azərbaycanda 1600 şirkəti var
  13 İyun 2019    Oxunub:3472
"Azərbaycan Avropa İttifaqı ölkələrinə 15 milyard dollardan çox sərmayə yatırıb".

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr uğurla inkişaf edir:
"Bu əlaqələr bir sıra istiqamətlərdə davam edir. İqtisadi, siyasi, energentika sahəsində mövcud münasibətlər daha da inkişaf etdirilir. Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında ticarət əlaqələri gücləndirilir. Texnologiyalar sahəsində yeni uğurlara imza atılır və informasiya əməkdaşlığı inkişaf edir. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda Avropa İtifaqının əsas tərəfdaşlarından biridir. Belə ki, Avropa İttifaqı ölkələrinin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycan əsas yer tutur”.

Ş.Mustafayev Avropa İttifaqı ölkələrinin Azərbaycana kifayət qədər sərmayə yatırdığını deyib: “Azərbaycanın investisiya imkanları yüksəkdir. Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı ölkələri şirkətlərinin sayı ilbəil artır. Bu gün həmin şirkətlərin sayı 1600-ə yaxındır. Bu kifayət qədər yaxşı rəqəmdir. Eyni zamanda, Azərbaycan Avropa İtifaqının enerji təhlükəsizliyi sahəsində önəmli rol oynayır. Ölkəmizdə cəlbedici biznes mühiti yaradılıb. Azərbaycanda həyata keçirilən islahatlar bəllidir. Bir sıra istiqamətlərdə artıq böyük uğurlar əldə olunub. Bilirsiniz ki, Azərbaycan Dünya Bankının reytinqi üzrə 25-ci yerdədir. Bu, bir il ərzində əldə edilən rəqəmdir. Belə ki, 1 ildə Azərbaycan reytinq cədvəli üzrə 32 pillə irəliləyib. Bununla yanaşı, gələcəkdə məhkəmə-hüquq sistemi və investisiya hüquqları haqqında qanunlar hazırlanır. Hazırda həmin qanunlar müzakirə edilir. Gələcəkdə bu qanunların tətbiqi mövcud münasibətlərin daha da yaxşılaşmasına xidmət edəcək”

Elvin Abdulqədirov
Azvision.az





Teqlər: Şahin-Mustafayev     Sərmayə  





Xəbər lenti