Şamaxıda taxıl sahələri yanıb - Yenilənib

  13 İyun 2019    Oxunub : 1651
Şamaxıda taxıl sahələri yanıb - Yenilənib
Şamaxı rayonunun Çöl Göylər kəndində 7 ha biçilməmiş və 30 ha biçilmiş taxıl sahəsi, 15 ha sahədə quru ot, kol-kos yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub. Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

***
Şamaxı rayonunda yanğın baş verib.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şamaxı rayonunun Çöl Göylər kəndi yaxınlığında biçilmiş və biçilməmiş taxıl sahələrində yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az

Teqlər: FHN   Yanğın