Paytaxtda I sinfə 44 875 uşaq üçün sorğu yerləşdirilib

  12 İyun 2019    Oxunub : 614
 Paytaxtda I sinfə 44 875 uşaq üçün sorğu yerləşdirilib
2019-2020-ci tədris ili üçün paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 44 875 uşaq üçün sorğu yerləşdirilib.
Azvision.az xəbər verir ki, bunu Bakı Şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev 2018-2019-cu tədris ili üçün hesabatla çıxış edərkən deyib. O bildirib ki, onlardan 41 430-u ümumi təhsil məktəblərini, 3 445-i isə lisey və gimnaziyaları seçib.

“Qurumun tabeliyindəki ümumi təhsil məktəblərində 27 563 müəllim çalışır, 424 118 şagird təhsil alır. Bu il BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I siniflərini 45 616, IX siniflərini 28 993, XI siniflərini 19 786, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 655 nəfər başa vurur.

2018-2019-cu tədris ilində BŞTİ-nin tabeliyindəki 164 məktəbdə 360 təmayül sinfi təşkil olunub. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planı və proqramları hazırlanaraq təsdiq edilib.

Müxtəlif səbəblərdən əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil edilən eksternat imtahanlarında ümumilikdə 220 nəfər iştirak edib. Onlardan 136 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Məktəb   Bakı