Bağlanan bankın kreditorlarına müraciət edildi

  12 İyun 2019    Oxunub : 880
Bağlanan bankın kreditorlarına müraciət edildi
Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan "Royalbank" ASC-nin kreditorlarına müraciət edib.
ADIF-dən Azvision.az
-a bildirilib ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi iyunun 18-dən başlanacaq. Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraçiət edərək bank rekvizitlərini qeyd etmələri xahiş olunur.

Azvision.az

Teqlər: ADIF