Binəqədidə maşınla vurulan piyada ölüb

  12 İyun 2019    Oxunub : 831
Binəqədidə maşınla vurulan piyada ölüb
İyunun 11-də saat 19 radələrində Binəqədi rayonunun Azadlıq prospektində Bakı şəhər sakini R.Kazımov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Vaqif Həsənovu vurub.
Azvision.az -a verilən məlumata görə, nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: Piyada   Qəza