Cəlilabad sakini Sumqayıtda qətlə yetirilib

Cəlilabad sakini Sumqayıtda qətlə yetirilib
  12 İyun 2019    Oxunub:2667
İyunun 11-də saat 4 radələrində Sumqayıt şəhəri ərazisindən Cəlilabad rayon sakini Faiq Cəfərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 4-cü Polis Bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini S.Nadirov saxlanılıb.

Faktla əlaqədar CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az



Teqlər: DİN   Qətl  





Xəbər lenti