Muzdlu işçilərin sayı 114 mindən çox artıb

  12 İyun 2019    Oxunub : 918
Muzdlu işçilərin sayı 114 mindən çox artıb
Carı ilin dörd ayı ərzində ölkədə qeyri-büdcə təşkilatları üzrə sosial ödəmələr 16% artıb.

Azvision.az -ın məlumatına görə, bunu vergilər nazirinin müşaviri Xəqani Abdullayev Bakıda keçirilən “III Milli Mühasiblər Forumu”nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu ilin sonuna kimi iqtisadiyyatda şəffaflığın artırılması nəticəsində təmsil etdiyi qurum vergi ödəyiciləri ilə daha sıx partnyorluq münasibətləri qura biləcək.

Nazir müşaviri deyib ki, ötən ilin birinci rübü ilə müqayisədə bu ilin birinci rübündə muzdla işləyənlərin sayında 114 mindən çox artım olub: "Qeyd olunan dövrdə qeyri-neft sektorunda muzdlu işçi sayı 97 mindən çox artıb. Ümid edirik ki, bu ilin sonuna kimi muzdlu işçilərin sayı artacaq. Bunun 85 faizindən çoxu özəl sektorun artması hesabına baş verir. Nəticədə qeyri-neft sektorunda əmək haqqı fondu 19%-dən çox artıb".

Aytən Zəhra
Azvision.az

Teqlər: Vergi   Muzdli-İşçi