Bakıda avtobus qəzası - 4 qadın yaralandı

Bakıda avtobus qəzası -   4 qadın yaralandı
  11 İyun 2019    Oxunub:2772
Bakı şəhərinin Zığ yolunda 104 saylı marşrut xətti ilə hərəkət edən avtobusun qəza törətməsi nəticəsində 4 nəfər yaralanıb.

Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yaralanan şəxslərin hamısı qadındır.
“43 və 34 yaşlı yaralı qadınlar 3 saylı Şəhər Klinik Xəstəxanasına, digər 50 yaşlı yaralı qadın Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Hər 4 qadına bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub”, - deyə məlumatda bildirilib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Səhiyyə-Nazirliyi   Avtobus   Qəza  





Xəbər lenti